Müntəzəm Verilən Suallar
Giriş və Qeydiyyatla bağlı problemlər
- Nə üçün görə giriş edə bilmirəm?
- Qeydiyyatdan keçmisinizmi? Giriş edə bilmək üçün ilk öncə qeydiyyatdan keçməlisiniz. Yoxsa foruma girişiniz qadağan edildi (belə halda bununla əlaqədar bir məlumat ismarıcı əldə etməliydiniz)? Əgər belədirsə, webmaster və ya forum administratoru ilə əlaqə yaradıb bunun səbəbini soruşa bilərsiniz. Əgər qeydiyyatdan keçmisinizsə və foruma girişinizə qadağa qoyulmamasına baxmayaraq giriş edə bilmirsinizsə, dəfələrlə istifadəçi adınızı və şifrənizi yoxlayın. Ümumiyyətlə səhv burada olur. Əgər problem bu da deyilsə onda forum rəhbərliyi ilə əlaqə saxlayın, bəlkə forum üçün səhv nizam təyin etmişlər.
- Yuxarı
- Nə üçün qeydiyyatdan keçməliyəm?
- Əslində qeydiyyatdan keçməyə bilərdiniz. İsmarıc göndərə bilmək üçün qeydiyyatın əsas şərt olması forum administratorunun qərarından asılıdr. Bundan əlavə qeydiyyatdan keçməniz sizə bəzi əlavə xüsusi imkanlar verə bilər. Məsələn, ismarıclarınızın yanında özünüzə aid kiçik bir şəkil (avatar) göstərmə, şəxsi ismarıc göndərmə, tanış istifadəçilərə e-məktub göndərmə və ya istifadəçi qruplarına qoşulma imkanlarına qonaq istifadəçilər malik deyil. Qeydiyyat prosesi çox sadə olduğundan qeydiyyatdan keçməniz məsləhət görülür.
- Yuxarı
- Nə üçün forumdan avtomatik çıxıram?
- Giriş səhifəsində gördüyünüz Hər ziyarətimdə avtomatik olaraq giriş et qutucuğunu işarələmədiyiniz müddətdə, forum sizi yalnız müəyyən bir vaxt üçün qeydiyyatlı kimi qəbul edir. Bununla da sizin hesabınızdan digər istifadəçilərin istifadə etməsinin qarşısı alınır. Girişinizin davamlı qalması üçün, bu əmri seçməniz kifayətdir. Lakin başqa şəxslərin də istifadə etdiyi (məs. hər hansı bir kitabxanadan, internet kafedən, universitetdən və s.) müəyyən bir kompüterdən daxil olursunuzsa, bu əmri seçməməniz tövsiyyə edilir. Əgər bu qutucuğu görə bilmirsinizsə, bu o deməkdir ki, forum administratoru bu fünksiyanı bağlamışdır.
- Yuxarı
- İstifadəçi adımın xətdə olan istifadəçilər siyahısında görünməsinin qarşısını necə ala bilərəm?
- İstifadəçi İdarəetmə Panelinin daxilində "Forum nizamları" bölümündə Xətdə olduğumu gizlət adında bir seçim tapacaqsınız. Əgər bu seçimin qarşısında Bəli variantı aktiv edilmişdirsə, xətdə olduğunuzu yalnız administratorlar, moderatorlar və özünüz görə biləcəksiniz. Belə halda gizli istifadəçi hesab olunacaqsınız.
- Yuxarı
- Şifrəmi unutdum!
- Narahat olmayın! Köhnə şifrənizi öyrənmək mümkün olmasa belə, əvəzinə başqa bir şifrə ala bilərsiniz. Giriş səhifəsini açıb Şifrəmi unutdum bağlantı linkindən istifadə edin və göstərilən əməliyyatları yerinə yetirin. Qısa müddət ərzində yenidən xətdə olduğunuzu görəcəksiniz.
- Yuxarı
- Qeydiyyatdan keçmişəm amma hesabıma daxil ola bilmirəm!
- İlk öncə istifadəçi adınızı və şifrənizi yoxlayın. Əgər onlar doğrudursa, onda bu iki vəziyyətdən biri yaranmış ola bilər. Əgər COPPA dəstəyi açıqdırsa və qeydiyyat prosesində 13 yaşından kiçik olduğunuzu göstərmisinizsə, onda əldə etdiyiniz təlimatları yerinə yetirməlisiniz. Bəzi forumlar aktivləşdirmə üçün yeni qeydiyyat tələb edə bilər, giriş etməzdən əvvəl bu aktivləşdirmənin ya özünüz ya da bir administrator tərəfindən təsdiq edilməsi lazımdır; bu məlumat qeydiyyat prosesində göstərilmişdir. Əgər sizə e-məktub göndərilmişdirsə, onda ordakı təlimatları yerinə yetirin. Əgər heç bir e-məktub almamısınızsa, onda ola bilsin ya e-məktub ünvanını səhv daxiletmisiniz, ya da e-məktub, spam filtri tərəfindən spam olaraq qeydə alınmışdır. Əgər e-məktub ünvanınınızı düzgün daxil etdiyinizə əminsinizsə, belə halda forum administratoru ilə əlaqə saxlamağa cəhd edin.
- Yuxarı
- Mən əvvəl qeydiyyatdan keçmişdim amma hesabıma indi daxil ola bilmirəm?!
- Əvvəl qeydiyyatdan keçdiyiniz vaxt sizə müəyyən bir e-məktub göndərilmişdi, oradakı istifadəçi adınızı və şifrənizi yoxlayın və yenidən cəhd edin. Bəzi səbəblərdən ötrü hər hansı bir administrator hesabınızı deaktivləşdirə və ya silə bilər. Bundan əlavə, bəzi forumlar verilənlər bazasının ölçüsünü azaltmaqdan ötrü uzun müddət ismarıc göndərməyən istifadəçilərin hesablarını silinir. Əgər belə hal yaranarsa, yenidən qeydiyyatdan keçin və müzakirələrə qatılın.
- Yuxarı
- COPPA nədir?
- COPPA və ya Child Online Privacy and Protection Act of 1998 (1998-ci ildən bəri İnternetdə Uşaqların Şəxsi Hüquqlarının Qorunması haqqında Akt), Birləşmiş Ştatlarda 13 yaşından kiçik vebsayt istifadəçilərinin valideynlərindən potensial məlumat yığa bilmək üçün yazılı icazə almağı üstün tutan qanundur və ya başqa cür desək qanuni himayə qəbzinin təsdiqlənmiş formasıdır, himayəçilər 13 yaşından kiçiklərə fərdi şəxsi məlumatların toplanması üçün icazə verirlər. Əgər bu tətbiq ilə qeydiyyatdan keçmək və ya bu tətbiq ilə başqa bir veb saytda qeydiyyatdan keçmək sizə etibarlı görünmürsə, kömək üçün hər hansı bir qanuni məsləhətçiyə müraciət edə bilərsiniz. Qeyd: phpBB Komandası qanuni məsləhət xidmətini təmin etmir (ümumi məsələlər istisnadır), hər hansı növ qanuni xidmət üçün əlaqə yaratmağı da qəbul etmir.
- Yuxarı
- Nə üçün qeydiyyatdan keçə bilmirəm?
- Ola bilsin qeydiyyatdan keçmək istədiyiniz istifadəçi adınıza və ya İP ünvanınıza forum administratoru tərəfindən qadağa qoyulub. Həmçinin forum rəhbərliyi yeni istifadəçilərin qeydiyyatdan keçmələrinin qarşısını almaqdan ötrü qeydiyyat fünksiyasını bağlaya bilər. Kömək üçün forum rəhbərliyi ilə əlaqə saxlayın.
- Yuxarı
- “Forumun cookies-ni sil” xüsusiyyəti hansı işə yarayır?
- “Forumun cookies-ni sil” xüsusiyyəti, phpBB3 tərəfindən yaradılan foruma girişiniz və təsdiqlənməniz üçün nəzərdə tutulan cookies-ləri əhatə edir. Bundan əlavə bu həmçinin oxunma izlərinin saxlanması fünksiyasını da təmin edir (əgər forum sahibi tərəfindən nizamlanmışdırsa). Əgər giriş ya da çıxış problemləri yaşayırsınızsa, forum cookies-lərini silmək sizə köməkçi ola bilər.
- Yuxarı
İstifadəçi Xüsusiyyətləri və nizamları
- Nizamlarımı necə dəyişə bilərəm?
- Əgər qeydiyyatlı istifadəçisinizsə, sizin bütün nizamlarınız forumun verilənlər bazasında saxlanılır. Bunları dəyişmək üçün, İstifadəçi İdarəetmə Panelinizə daxil olun; ümumiyyətlə bu bağlantı linki forum səhifələrinin üst hissəsində yerləşir. Bu sistem bütün nizamlarınızı və xüsusiyyətlərinizi dəyişdirməyinizə icazə verəcək.
- Yuxarı
- Saatlar düz işləmir!
- Ola bilsin göstərilən vaxt üçün seçilmiş saat qurşağı sizin yerləşdiyiniz ərazinin saat qurşağından fərqlidir. Belə halda İstifadəçi İdarəetmə Panelinə daxil olun və ərazinizə uyğun gələn saat qurşağını seçin, məs., London, Paris, Nyu York, Sidney, və s. olaraq. Qeyd: Bu saat qurşağı dəyişikliklərini və digər bir çox nizamları yalnız qeydiyyatlı istifadəçilər edə bilər. Əgər qeydiyyatdan keçməmisinizsə, onda indi qeydiyyatdan keçmənin əsl vaxtıdır.
- Yuxarı
- Saat qurşağımı dəyişdim, amma saatlar yenə də səhv işləyir!
- Əgər düzgün saat qurşağını seçdiyinizə əminsinizsə və Yay Vaxtı/GİQV düzgündürsə və saatlar hələ də səhv işləyirsə, onda serverdə saxlanılmış saat səhvdir. Zəhmət olmasa bu problemin həlli üçün administratoru məlumatlandırın.
- Yuxarı
- Mənim doğma dilim dillər siyahısında yoxdur!
- Ola bilsin forum administratoru doğma dilinizi dəstəkləyən paketi quraşdırmamışdır, yaxud da heç kim bu forumu sizin doğma dilinizə hələ tərcümə etməmişdir. Forum administratorlarına müraciət edib, öz dilinizi dəstəkləyən paketi qurmalarını xahiş edə bilərsiniz. Əgər belə bir dil paketi hələ də mövcud deyilsə, onda forumu öz dilinizə tərcümə edə bilərsiniz. Daha ətraflı məlumat phpBB veb saytında mövcuddur (forum səhifələrinin aşağısındakı bağlantı linkinə müraciət edin).
- Yuxarı
- İstifadəçi adımın aşağısında şəkli necə göstərə bilərəm?
- İsmarıcların göstərildiyi səhifələrdə istifadəçi adlarının aşağısında iki növ şəkil görə bilərsiniz. İstifadə etdiyiniz görünüş mövzusundan asılı olaraq birincisi, istifadəçi rütbənizi göstərər və bu ümumiyyətlə göndərdiyiniz ismarıcların sayından asılı olaraq müəyyən sayda ulduz və ya kvadrat formasındadır. İkincisi isə avatar olaraq tanınan bir az daha böyük bir şəkildir. Bu şəkil ümumiyyətlə istifadəçiyə aiddir və şəxsidir. Avatar istifadə etmə imkanını forum administratoru təyin edir. Bundan əlavə administrator həmçinin avatarların hansı şəkildə istifadə edilələcəyini də təyin edər. Əgər avatardan istifadə edə bilmirsinizsə, onda forum administratoru ilə əlaqə saxlayıb bu imkanı hansı səbəbdən ötrü ləğv etdiyini soruşa bilərsiniz.
- Yuxarı
- Mənim rütbəm nədir və onu necə dəyidirə bilərəm?
- Ümumiyyətlə istifadəçi rütbənizi həqiqətən dəyişdirməniz mümkün deyil (istifadəçi rütbəsi, göndərdiyiniz ismarıcın yanında, adınızın aşağısında və istifadəçi profili səhifəsində yerləşir). Bir çox forum saytlarında istifadəçi rütbələri, göndərilən ismarıcların sayını və ya səlahiyyətli üzvləri təyin etmək üçün istifadə edilir, məs., administratorlar və ya sayt administratorları xüsusi bir rütbəyə sahib ola bilərlər. Lütfən lazımsız yerə ismarıc göndərib rütbənizi yüksəltməyə çalışmayın, əldə edəcəyiniz nəticə, administratorların ismarıclarınızın sayını azaltması olacaq.
- Yuxarı
- Nə üçün istifadəçi e-məktubunun üzərinə vurduqda məndən giriş etməmi istəyir?
- Üzr istəyirik,e-məktub formasıyla təəssüf ki, yalnız qeydiyyatlı istifadəçilər e-məktub göndərə bilər (əgər administrator bu xüsusiyyəti aktiv etmişdirsə). Bunun səbəbi, e-məktub sisteminin anonim istifadəçilər tərəfindən sui-istifadə edilməsinin qarşısını almaqdır.
- Yuxarı
İsmarıc Göndərmə
- Forumda yeni mövzu necə aça bilərəm?
- Çox asan, forumu və ya mövzunu gözdən keçirmə səhifəsində Yeni mövzu aç düyməsini vurun. Yeni ismarıc göndərməzdən əvvəl qeydiyyatdan keçməniz lazım gələ bilər. Forum və mövzu səhifələrinin aşağı hissəsində edə biləcəyiniz bütün əməliyyatların siyahısını görə bilərsiniz (məs., Bu forumda yeni mövzular aça bilərsiniz, Bu forumdakı mövzulara cavab yaza bilərsiniz və s. kimi).
- Yuxarı
- İsmarıcı necə redaktə edə və ya silə bilərəm?
- Forum administratoru və ya moderator olmadığınız vaxt, yalnız özünüzə aid ismarıcları redaktə edə bilər və ya silə bilərsiniz. Göndərdiyiniz ismarıcı redaktə et düyməsinə vuraraq redaktə edə bilərsiniz (bu imkan bəzən yalnız müəyyən müddət üçün mövcuddur). Əgər ismarıcınıza cavab göndəriblərsə, onda mövzuya qayıtdığınızda ismarıcınızın aşağısında mətni neçə dəfə redaktə etdiyinizi göstərən qısa bir yazı görəcəksiniz. İsmarıcınıza hələ də cavablandırılmamışdırsa, onda bu qeyd göstərilməz. Bundan əlavə ismarıcınız forum administratorları və ya moderatorlar tərəfindən redaktə edildikdə də bu mətn görünməz. Buna baxmayaraq ismarıcı hansı səbəbdən redaktə etdiklərinə aid özlərinə məxsus qeyd əlavə edə bilərlər. Qeyd: Adi istifadəçilər ismarıc cavablandırıldıqdan sonra ismarıcı silə bilməzlər.
- Yuxarı
- İmzamı ismarıcıma necə əlavə edə bilərəm?
- Hər hansı bir ismarıca imzanızı əlavə edə bilmək üçün ilk öncə imzanızı yaratmalısınız. Bunu, İstifadəçi İdarəetmə Paneli ilə edə bilərsiniz. Daha sonra ismarıc ismarıc lövhəsinin aşağı hissəsində "İmzamı əlavə et" variantını seçib ismarıcınıza imzanızı əlavə edə bilərsiniz. Göndərdiyiniz bütün ismarıclara ümumi bir nizam olaraq imzanızın əlavə olunmasını istəyirsinizsə, onda İstifadəçi İdarəetmə Panelində profilinizdəki variantı seçin. Buna baxmayaraq istədiyiniz hər ismarıc üçün imzanızın əlavə olunmasının qarşısını ala bilərsiniz (ismarıc göndərmə lövhəsində "İmzamı əlavə et" variantının qarşısındakı işarəni qaldırmanız kifayətdir).
- Yuxarı
- Sorğu necə yarada bilərəm?
- Sorğu yaratmaq çox asandır, yeni mövzu açarkən (və ya mövzunun ilk ismarıcını redaktə edərkən (bu təbii ki sahib olduğunuz icazədən asılıdır)), ismarıc göndərmə lövhəsinin aşağısında "Sorğu əlavə et" bölməsini görəcəksiniz (bu bölməni görə bilmirsinizsə, onda deməli sorğu əlavə etmə səlahiyyətinə malik deyilsiniz). Sorğu üçün "Sorğu sualı" hissəsinə mövzu daxil etməlisiniz və sonra "Sorğu variantları" sahəsinə, hər sətirə bir-birindən fərqli variantlar şəklində ən azı iki variant daxil etməlisiniz (bu limit forum administratoru tərəfindən nizamlanır). Bundan əlavə istifadəçilərin səs vermə prosesində seçə biləcəkləri variantların sayını "Hər bir istifadəçi üçün variant" hissəsinin aşağısından təyin edə bilərsiniz, soğrunun davametmə müddəti üçün müəyyən bir vaxt (gün) daxil edə bilərsiniz (davametmə müddətinin bitməməsi üçün ya 0 (sıfır) daxil edin, ya da boş buraxın) və son olaraq əgər istifadəçilərə öz səsvermələrinin nəticələrini dəyişdirmə icazəsi verərsinizsə, onda istifadəçilər səs verdikləri variantı dəyişə bilərlər.
- Yuxarı
- Nə üçün daha artıq sorğu variantı əlavə edə bilmirəm?
- Sorğu variantlarının sayı üçün limit administrator tərəfindən təyin olunur. Əgər sorğunuz üçün icazə verilən saydan daha çox variant əlavə etməniz lazımdırsa, onda forum administratoru ilə əlaqə saxlayın.
- Yuxarı
- Sorğunu necə dəyişdirə və ya silə bilərəm?
- İsmarıclar kimi, sorğular da yalnız orijinal müəllif, administratorlar və moderatorlar tərəfindən dəyişdirilə bilər. Sorğunu dəyişdirmək üçün, mövzuda ilk ismarıcı redaktə etməlisiniz; əlaqəli sorğu həmişə bu ismarıca bağlıdır. Sorğuda iştirak edən olmadısa, onda sorğu yalnız onu hazırlayan istifadəçi tərəfindən dəyişdirilə və ya silinə bilər. Lakin, əgər sorğuda iştirak etmiş üzvlər vardısa, onda sorğu yalnız forum administratorları tərəfindən dəyişdirilə və ya silinə bilər. Beləcə bununla da səsvermə vaxtı variantların dəyişdirilməsinin qarşısı alınar.
- Yuxarı
- Nə üçün bəzi forumlara daxil ola bilmirəm?
- Bəzi forumlar yalnız xüsusi istifadəçilər və qruplar üçün nəzərdə tutula bilər. İsmarıcları oxumaq, gözdən keçirmək, göndərmək və ya digər əməliyyatlar üçün xüsusi səlahiyyətə malik olmanız tələb edilə bilər. Lazımi səlahiyyətlərə malik olmaq üçün forum administratoru və ya moderatoru ilə əlaqə saxlayın.
- Yuxarı
- Nə üçün əlavələrimi əlavə edə bilmirəm?
- Hər bir forum, hər bir qrup və ya hər bir istifadəçi əlavə əlavə etmə icazələrinə malikdir. Forum administratoru ismarıc göndərdiyiniz müəyyən forum üçün əlavə olunan əlavələrə icazə verməmiş ola bilər, ya da böyük ehtimalla yalnız bəzi qruplar əlavə göndərə bilər. Əgər əlavə əlavə etmənin sizin üçün hansı səbəbdən bağlı olduğu haqqında sualınız varsa, onda forum administratoru ilə əlaqə saxlayın.
- Yuxarı
- Nə üçün xəbərdarlıq aldım?
- Hər bir forumun özünə məxsus qaydaları var. Əgər qaydanı pozmusunuzsa, onda xəbərdarlıq ala bilərsiniz. Qeyd: Bu forum administratorunun qərarıdır və phpBB Qrupu verilən bu xəbərdarlıq ilə əlaqədar heç nə edə bilməz. Əgər hansı səbəbdən xəbərdarlıq aldığınızı bilmirsinizsə, onda forum administratoru ilə əlaqə saxlayın.
- Yuxarı
- Moderatora şikayət ismarıcı necə göndərə bilərəm?
- Forum administratorunun icazə verdiyi halda şikayət etmək istədiyiniz ismarıca daxil olun və orada ismarıc şikayətləri üçün bir düymə görəcəksiniz. Bu düyməni vurmaqla ismarıc şikayəti üçün lazımi mərhələlərlə qarşılaşacaqsınız.
- Yuxarı
- Mövzuya ismarıc göndərərkən "Saxla" düyməsi hansı işə yarayır?
- Bu, başqa bir vaxt daxil ediləcək və tamamlanacaq ismarıclarınızı saxlamağa icazə verər. Saxlanılmış ismarıcı yenidən doldurmaq üçün İstifadəçi İdarəetmə Panelini ziyarət edin.
- Yuxarı
- Nə üçün ismarıcımın təsdiqlənməsi lazımdır?
- Forum administratoru, foruma ismarıc göndərmək üçün ilk öncə ismarıcların araşdırılması qərarını verə bilər. Bundan əlavə administrator, sizi hər hansı bir istifadəçi qrupuna daxil edə bilər və bu qrupun ismarıcları göndərilməzdən əvvəl araşdırılmaya ehtiyacı ola bilər. Daha ətraflı məlumat üçün zəhmət olmasa forum administratoru ilə əlaqə saxlayın.
- Yuxarı
- Mövzunu necə zərbələyə bilərəm?
- "Mövzunu zərbələ" bağlantısını görüb vurduğunuz vaxt, mövzunu "zərbələyərək" forumun ilk səhifəsində ən yuxarı sıraya çıxara bilərsiniz. Lakin, əgər bu bağlantını görə bilmirsinizsə, onda mövzu zərbələmə xüsusiyyəti bağlanılmış ola bilər və ya zərbələmələr arası icazə verilən vaxta hələ çatılmamışdır. Bundan əlavə cavab gələnə qədər mövzunun sadə bir formada zərbələnməsi mümkündür. Buna baxmayaraq, forum qaydalarını izlədiyinizə əmin olun.
- Yuxarı
Formalaşdırma və Mövzu Tipləri
- BBCode nədir?
- BBCode - HTML-in xüsusi bir variantıdır. Forumda yazdığınız ismarıclarda BBCode-dan istifadə etməni Administrator təyin edir. Bundan əlavə ismarıc göndərmə sahəsində təyin edilmiş variantlar sayəsində istədiyiniz ismarıclarda BBCode-dan istifadəni ləğv edə bilərsiniz. BBCode HTML-ə oxşayır, lakin burada < və > teqləri əvəzinə bucaqlı mötərizədən [ və ] istifadə olunur. BBCode haqqında daha ətraflı məlumat üçün ismarıc sahəsindən müraciət edilə bilən izahatı gözdən keçirin.
- Yuxarı
- HTML-dən istifadə edə bilərəm?
- Xeyr. Bu forumda HTML ismarıcları göndərmək və müxtəlif HTML kodlarından istifadə etmək mümkün deyil. Daha çox formalaşdırma üçün HTML əvəzinə BBCode-dan istifadə edə bilərsiniz.
- Yuxarı
- Smayllar nədir?
- Smayllar və ya İfadələr, müəyyən duyğu ifadələrini göstərmək üçün istifadə edilən kiçik şəkillər formasında qısa kodlardır. Məs., :) xoşbəxt, :( isə kədərli mənasını ifadə edir. İstifadə edə biləcəyiniz ifadələrin tam siyahısını ismarıc göndərmə lövhəsində görə bilərsiniz. Smayllardan həddindən çox istifadə etməməyə diqqət yetirin, onlar mətninizin oxunmasını çətinləşdirə bilər və nəticədə moderator ismarıcınızı redaktə etməyə və ya silməyə qərar verə bilər. Bundan əlavə forum administratoru ismarıcınızda istifadə edə biləcəyiniz maksimum ifadə limitini nizamlaya bilər.
- Yuxarı
- Şəkil göndərə bilərəm?
- Bəli, şəkillər ismarıclarınızda göstərilə bilər. Forum administratoru icazə verdiyi halda şəkillərinizi foruma upload edə bilərsiniz. Digər halda isə, şəkilləriniz üçün başqa bir serverə bağlantı linki verə bilərsiniz, məs., http://www.nümunə.com/mənim_şəklim.gif. Nə FK-nızda (Fərdi Kompüter) saxlanılmış şəkillərə (müraciət edilə bilməli server olmasa), nə də giriş mexanizmi arxasında yerləşmiş şəkillərə, məs., hotmail və ya yahoo poçt qutularına, şifrəli qorunan saytlara, və s. bağlantı linki verə bilməzsiniz. Şəkilləri göstərmək üçün BBCode-lu [img] teqindən istifadə edin.
- Yuxarı
- Ümumi elanlar nədir?
- Ümumi elanlarda vacib məlumatlar yerləşir və onları mümkün qədər qısa müddət ərzində oxumalısınız. Ümumi elanlar hər bir forumun yuxarı hissəsində göstərilir və həmçinin bunu İstifadəçi İdarəetmə Panelinizdən görə bilərsiniz. Lazımi icazələrə maliksinizsə onda siz də Ümumi elan göndərə bilərsiniz, bu icazələr idarəçi tərəfindən tənzimlənir.
- Yuxarı
- Elanlar nədir?
- Elanlarda çox vaxt vacib əhəmiyyətli məlumatlar yerləşir, ən qısa müddət ərzində oxumanızı tövsiyyə edirik. Elanlar, əlaqəli forumun hər səhifəsinin yuxarı hissəsində göstərilər. Elan göndərə bilməniz üçün bu səlahiyyətə malik olmalısınız. Səlahiyyətlərinizi isə ümumi elanlarda olduğu kimi yalnız forum administratoru təyin edir.
- Yuxarı
- Sabit mövzular nədir?
- Sabit mövzular, əlaqəli forumun ilk səhifəsində, elanların dərhal aşağısında göstərilir. Burada çox vaxt əhəmiyyətli məlumatlar yerləşir, mümkün olduğu vaxt oxumanızı tövsiyyə edirik. Elanlar da olduğu kimi, hər hansı bir foruma sabit mövzu göndərmək səlahiyyətlərini forum administratoru təyin edir.
- Yuxarı
- Bağlı mövzular nədir?
- Bu mövzuları yalnız forum moderatoru və ya forum administratoru bağlaya bilər. Bağlı mövzuları cavablandırmaq mümkün deyil və bu mövzuya daxil edilmiş sorğular avtomatik olaraq bitmiş hesab olunur. Bundan əlavə mövzular bir çox səbəblərdən ötrü bağlanıla bilər. Həmçinin forum administratoru tərəfindən verilən icazələrdən asılı olaraq öz mövzularınızı bağlaya bilərsiniz.
- Yuxarı
- Mövzu işarəsi nədir?
- İsmarıclara, həmin ismarıcın məzmununu ifadə edəcək mövzu işarəsi əlavə edə bilərsiniz. Mövzu işarələrindən istifadəni administrator təyin edir.
- Yuxarı
İstifadəçi Səviyyələri və Qrupları
- Administratorlar kimlərdir?
- Administratorlar forumu tam idarə edə biləcək ən yüksək səlahiyyətli üzvlərdir. Bu üzvlər, forumun hər cür funksiyasını idarə edə bilərlər: icazə vermə, səlahiyyətlər təyin etmə, istifadəçiyə qadağa qoyma, istifadəçi qruplarını yaratma, moderator səlahiyyətlərini təyin etmə və s. Bundan əlavə onlar forum qurucusu tərəfindən verilən nizamlardan asılı olaraq bütün mövcud forumlarda tam idarəetmə səlahiyyətlərinə sahib ola bilərlər.
- Yuxarı
- Moderatorlar kimlərdir?
- Moderatorlar (və ya qrupları), gündəlik olaraq forumun işini nəzarət edən şəxslər və ya qruplardır. Mövzuları redaktə etmə və silmə səlahiyyətinə sahib ola bilərlər. Bundan əlavə moderator olduqları forumdakı mövzuları bağlaya, yerini dəyişdirə, silə və bölə bilərlər. Ümumiyyətlə moderatarların əsas vəzifəsi, off-topic, yəni mövzudan kənar və təhqir xarakteri daşıyan cavabların göndərilməsinin qarşısını almaqdan ibarətdir.
- Yuxarı
- İstifadəçi qrupları kimlərdir?
- İstifadəçi qrupları, forum admininstratorlarının istifadəçiləri qrup halında ayıra bilməsi üçün seçilmiş daha səmərəli bir üsuldur. Hər bir istifadəçi müxtəlif qruplara üzv ola bilər və hər bir qrupa ayrı-ayrı icazələr təyin oluna bilər. Belə üsulla forum administratorları müəyyən istifadəçilərə daha asan şəkildə moderator səlahiyyətlərini və ya xüsusi forumlara daxil olma səlahiyyətini və s. təyin edə bilər.
- Yuxarı
- İstifadəçi qrupları harada yerləşir və mən bu qrupa necə quşula bilərəm?
- Müəyyən istifadəçi qrupuna qoşula bilmək üçün, İstifadəçi İdarəetmə Panelinizdən "İstifadəçi qrupları" bağlantlı linkinə vurun; burada siz bütün istifadəçi qruplarını görə bilərsiniz. Qrupların hamısı müraciət üçün açıq olmaya bilər. Bəzi qruplara qoşulmaq üçün təsdiqlənməniz lazım gələ və bu qruplar bağlı və ya gizli üzvlüklərə malik ola bilər. Əgər qrup müraciət üçün açıqdırsa, əlaqəli bağlantı linkinə vurmaqla həmin qrupa qoşula bilərsiniz. Əgər müəyyən bir qrupa qoşulmaq üçün təsdiqlənməniz lazımdırsa onda əlaqəli bağlantı linkini sıxaraq həmin qrupa qoşulmaq istədiyinizi bildirə bilərsiniz. İstəyinizin istifadəçi qrupunun rəhbəri tərəfindən təsdiqlənməsi lazımdır, onlar sizdən hansı səbəbdən qrupa qoşulmaq istədiyinizi soruşa bilərlər. Əgər istəyiniz rədd edilsə lütfən qrup rəhbərini bir daha narahat etməyin; bunun müxtəlif səbəbləri olsa belə.
- Yuxarı
- Necə qrup rəhbəri ola bilərəm?
- Administrator yeni istifadəçi qrupu yaratdığında, bura qrup rəhbəri də təyin edir. Əgər yeni istifadəçi qrupu yaratmaq istəyirsinizsə, ilk öncə forum administratoru ilə əlaqə saxlayın; şəxsi ismarıc göndərməyi sınayın.
- Yuxarı
- Nə üçün bəzi istifadəçi qrupları müxtəlif rənglərdədir?
- Forum administratoru istifadəçi qrupunun üzvlərinə müəyyən bir rəng təyin edə bilər. Bu da qrup üzvlərinin tanınmasını daha da asanlaşdırmağa imkan verir.
- Yuxarı
- “Susma rejiminə görə qruplar” kimlərdir?
- Əgər bir deyil bir neçə istifadəçi qrupunun üzvüsünüzsə, susma rejimindəki qrupunuz susma rejiminə görə qrup rəngi və qrup rütbəsini göstərmək üçün istifadə edilər. Forum administratoru, İstifadəçi İdarəetmə Panelinizdən susma rejimindəki qrupunuzu dəyişdirməyinizə icazə vermiş ola bilər.
- Yuxarı
- “Bizim komanda” bağlantı linki hansı işə yarayır?
- Bu səhifə forum rəhbərliyinin siyahısını və forum administratorları ilə moderatorlarının məlumatlarını və digər ətraflı məlumatlarla onların idarə etdikləri forumları sizə təqdim edər.
- Yuxarı
Şəxsi İsmarıclaşma
- Şəxsi ismarıclar göndərə bilmirəm!
- Bunun üç səsəbi ola bilər: 1)Ola bilsin hələ də qeydiyyatdan keçməmisiniz və ya hesabınıza giriş etməmisiniz; 2)Ola bilsin forum administratoru bütün forum üçün şəxsi ismarıclaşmanı ləğv etmişdir; 3)Forum administratoru sizin bu imkandan istifadə etmənizin qarşısını ala bilər, belə halda forum administratoruna müraciət edə bilərsiniz.
- Yuxarı
- Hələ də istəmədiyim şəxsi ismarıclar alıram!
- İstifadəçilərin sizə istəmədiyiniz şəxsi ismarıc göndərmələrinin qarşısını İstifadəçi İdarəetmə Panelində yeni ismarıc qaydaları təyin etməklə ala bilərsiniz. Əgər xüsusi bir şəxsdən təhqiredici, alçaldıcı şəxsi ismarıclar alırsınızsa, belə halda forum administratorunu məlumatlandırın; onlar istifadəçinin şəxsi ismarıc göndərməsinə qadağa qoya bilərlər.
- Yuxarı
- Bu forumda bir şəxsdən təhqiredici və ya alçaldıcı e-məktub almışam!
- Belə bir hala görə çox təəssüflənirik. Əslində bu forumun təqdim etdiyi e-məktub göndərmə funksiyası bundan qorunmaq üçün bir çox tədbir görmüşdür. Aldığınız spam e-məktubun surətini (kopyasını) forum administratoruna göndərin. Xüsusilə aldığınız e-məktubda ismarıcı göndərən istifadəçinin bütün məlumatları ( məs., from (kimdən), to (kimə), subject (mövzu) və s.) daxil edilməlidir, bununla e-məktubu göndərən istifadəçi haqqında məlumatlar toplanılar. Forum administratorları bu məlumatlara əsasən problemi həll edə bilərlər.
- Yuxarı
Dostlar və Düşmənlər
- Dostlar və Düşmənlər siyahısı hansı işə yarayır?
- Bu siyahılardan istifadə edərək ismarıc forumundan istifadə edən digər üzvləri bir yerə yığa bilərsiniz. Beləliklə İstifadəçi İdarəetmə Panelinizdə dostlar siyahınıza əlavə olunmuş istifadəçilərə daha asan yolla şəxsi ismarıclar göndərmək və xətdə olduqlarını görmək üçün dostlarınız siyahılanacaq. Görünüş mövzusu uyğun dəstəyi təmin etdiyi halda, bu istifadəçilərdən gələn ismarıclar daha ətraflı və nəzərə çarpan formada göstərilə bilər. Əgər düşmənlər siyahınıza hər hansı bir üzvü daxil etmisinizsə, onda onlar tərəfindən göndərilmiş ismarıclar susma rejiminə görə gizlədiləcək.
- Yuxarı
- Dostlar və Düşmənlər siyahıma istifadəçiləri necə əlavə edə/silə bilərəm?
- Siyahınıza istifadəçiləri iki yolla daxil edə bilərsiniz. Hər bir istifadəçinin profilində, istifadəçini Dostlar və Düşmənlər siyahınıza əlavə etmək üçün bir bağlantı linki mövcuddur. Alternativ olaraq İstifadəçi İdarəetmə Panelinizdən, birbaşa olaraq istifadəçilərin adlarını daxil etməklə onları "Dostlar və Düşmənlər" siyahısına əlavə edə bilərsiniz. Bundan əlavə həmin səhifədən istifadə edərək istifadəçiləri siyahınızdan silə bilərsiniz.
- Yuxarı
Forumlar üçün axtarış
- Forum və ya forumları necə axtara bilərəm?
- Forumun ana səhifəsində, forum özündə və ya mövzu səhifələrində yerləşən axtarış qutusuna axtarış terminini daxil edin. Ətraflı axtarış etmək üçün forumda bütün səhifələrdə yerləşən "Ətraflı axtarış" bağlantı linkindən istifadə edin. Axtarış üçün müraciətiniz istifadə etdiyiniz görünüş mövzusundan asılı olaraq dəyişə bilər.
- Yuxarı
- Nə üçün axtarış nəticəsində heç bir nəticə əldə bilmirəm?
- Ola bilsin çox böyük ehtimalla axtarışınız son dərəcə aydın deyil və axtarışınıza phpBB3 tərəfindən indekslənməyən həddindən çox ümumi termin daxildir. "Ətraflı axtarış" səhifəsinin daxilində bir çox xüsusiyyətlərdən və mövcud variantlardan istifadə etməklə axtarış edə bilərsiniz.
- Yuxarı
- Nə üçün axtarış etdikdə boş səhifə meydana çıxır !?
- Axtarış nəticəsində tapılacaq nəticələrin həddindən artıq çox olmas veb serveri məşğul edir. Belə halda "Ətraflı axtarış" sahəsindən istifadə edin və axtarılacaq terminlər və forumlar üçün dəqiq axtarış termini daxil edin.
- Yuxarı
- İstifadəçiləri necə axtara bilərəm?
- “İstifadəçilər” səhifəsinə daxil olun “İstifadəçi axtar” bağlantı linkinin üzərinə vurun.
- Yuxarı
- Öz ismarıclarımı və mövzularımı necə tapa bilərəm?
- Öz ismarıclarınızı, İstifadəçi İdarəetmə Panelindən "İstifadəçinin ismarıclarını axtar" bağlantı linkinə vurmaqla və ya öz profil səhifənizdən tapa bilərsiniz. Mövzularınızı axtarmaq üçün, ətraflı axtarış səhifəsindən istifadə edin və mövcud olan müvafiq variantları doldurun.
- Yuxarı
Mövzu Abunəlikləri və Əlfəcinlər
- Əlfəcin əlavə etmə və abunə olma arasındakı fərq nədən ibarətdir?
- phpBB3-də əlfəcin (bookmark) əlavə etmə web brauzerinizdə əlfəcin etməyə çox oxşayır. Bununla forumda və ya mövzuda nə isə yenilik olsa bu barədə xəbərdarlıq almayacaqsınız, lakin həmin mövzuya müəyyən bir müddətdən sonra yenidən həmin mövzuya qayıda bilərsiniz. Abunəlikdə isə əksinə. Belə ki, abunəlik üçün seçdiyiniz metod və ya metodlar sayəsində forum və ya mövzularda yeniləmə olduğu vaxt bu barədə xəbərdar ediləcəksiniz.
- Yuxarı
- Xüsusi forumlara və ya mövzulara necə abunə ola bilərəm?
- Hər hansı bir xüsusi foruma abunə olmaq üçün, daxil olduğunuz forumun yuxarı hissəsində “Foruma abunə ol” bağlantı linkindən istifadə edin. Mövzuya abunə olmaq üçün, mövzuya cavab verərkən "İsmarıc cavablandırıldığında məni xəbərdar et" qutucuğunu işarələyin və ya daxil olduğunuz mövzunun yuxarı hissəsində “Mövzuya abunə ol” bağlantı linkindən istifadə edin.
- Yuxarı
- Abunəliklərimi necə ləğv edə bilərəm?
- Abunəliklərinizi ləğv etmək üçün, İstifadəçi İdarəetmə Panelinə daxil olun və "Abunəlikləri idarə et" hissəsində göstərilmiş bağlantıları təqib edin.
- Yuxarı
Əlavələr
- Bu forumda hansı əlavələrə icazə verilir?
- İstənilən forum administratoru bəzi əlavə tiplərinə icazə verə və ya verməyə bilər. Əgər hansı tip əlavələrin icazə verildiyi ilə əlaqədar sualınız varsa, onda kömək üçün zəhmət olmasa forum administratoru ilə əlaqə saxlayın.
- Yuxarı
- Bütün əlavələrimi necə tapa bilərəm?
- Yüklədiyiniz bütün əlavələrin siyahısını tapmaq üçün, İstifadəçi İdarəetmə Panelinə daxil olun və "Əlavələri idarə et" hissəsindəki bağlantıları izləyin.
- Yuxarı
phpBB 3 haqqında məlumat
- Bu forum proqramını kim yazıb?
- Bu proqram (dəyişdirilməmiş formada) phpBB Group tərəfindən istehsal olunmuş və bazara çıxarılmışdır. Bütün müəllif hüquqları phpBB Group-na məxsusdur. Bu hüquq, GNU və ya General Public License (Ümumi İctimai Lisenziya) altında təqdim edilmişdir. Proqram bu lisenziyaya uyğun olaraq pulsuz paylanıla bilər. Daha ətraflı məlumat üçün göstərilmiş bağlantı linkindən istifadə edin.
- Yuxarı
- Nə üçün axtardığım fünksiya bu forumda yoxdur?
- Bu proqram phpBB Group-u tərəfindən yazılmış və lisenziyalaşdırılmışdır. Əgər hər hansı bir fünksiyanın əskik olduğunu düşünürsünüzsə, onda zəhmət olmasa phpbb.com saytını ziyarət edib phpBB Group-nun bu barədə nə düşündüyünü öyrənin. Xahiş edirik, phpbb.com saytındakı forumlara müraciət edib müəyyən fünksiyanı istədiyinizi qeyd etməyin. phpbb Group-u SourceForge-dən istifadə etməklə yeni fünksiyalar əlavə edir . Lütfən əlaqədar forumları gözdən keçirib ilk öncə phpBB Group-nun hansı fünksiyaları dəstəklədiyini tam öyrənin və sonra burada göstərilmiş əməliyyatı yerinə yetirin.
- Yuxarı
- Bu forumda hüquqi problemlər və ya sui-istifadə halları ilə qarşılaşdıqda kimə müraciət edə bilərəm?
- "Bizim Komanda" səhifəsində siyahılanmış administratorlardan hər hansı biri ilə şikayətləriniz ilə əlaqədar əlaqə saxlaya bilərsiniz. Adminstratorlardan cavab ala bilmədiyiniz halda domen sahibi ilə ( google axtarış səhifəsində whois axtarışı etməklə) və ya əgər bu forum pulsuz xidmətdə çalışırsa (məs. Yahoo!, free.fr, f2s.com, və s.), onda bu xidmətin rəhbərliyi və ya sui-istifadə problemləri ilə maraqlanan xüsusi departamentiylə əlaqə yarada bilərsiniz. Qeyd: phpBB Qrupu, bu forumun necə, harada və kimlər tərəfindən istifadə edilməsi ilə əlaqədar heç bir məlumata malik olmadığı üçün qətiyyətlə mühakimə edilə bilməz. phpBB.com saytıyla və ya phpBB proqramıyla qətiyyən əlaqəsi olmayan və istənilən mövzuda hüquqi məsələlər (ehtiyat tədbiri, maliyyə problemi, böhtan və s.) ilə əlaqədar phpBB Qrupu-nu narahat etməyin. Bu proqramın digər üçüncü şəxslər tərəfindən istifadəsiylə əlaqədar phpBB Group-na e-məktub göndərsəniz ya çox qısa bir cavab ala bilər, ya da heç bir cavab ala bilməzsiniz.
- Yuxarı